Sevgi insanın əlində olmayan bir duyğudur.İffəti,yəni namusu qorumaq şərtiylə birisinə qarşı sevgi duymaqda bir qəbahət yoxdur.Hətta iffətini qoruyaraq sevgisini gizlətməyin savabı çoxdur.İffətli insan,həya sahibidir,yəni günah işləməyə utanar.Peyğəmbərimizin (s.ə.v) sevgi və namus barəsində olan hədislərində buyruldu ki:
* Kim aşiq olub,sevgisini gizlədərsə,iffətini qoruyub səbr edərsə, ALLAH-Teala onun günahlarını bağışlayar,Cənnətinə qoyar.
* Aşiq olub, iffətini qoruyaraq ölənə şəhid savabı verilər.
* Həya imandandır!
* Həyası olmayanın imanı da olmaz.İmansız da Cənnətə girə bilməz.
* Həya ilə iman bərəbər olur,biri gedərsə,o biri də gedər.
* Hamının yanında ALLAHdan utanmayan,gizlində də utanmaz.
Demək ki,dimizdə iffəti qorumaq və sevgisi səbəbiylə günah işləməməyə səbr etmək çox səvabdır.Çunki,ümimiyyətlə birisinə sevgi duyan insanın,özünü günah işləməkdən qoruması çətindir.Çətin olan bir işdə də savab çoxdur.