Yolxucu donuz qripi xəstəliyi sürətlə yayılmağa davam edir. Donuz qripindən ölənlərin sayı getdikceartir. Bu rəqəm Meksika səhiyyə nazirliyinin rəsmi məlumatına görədir. Ümumdünya Səhiyyə Təşkilatı xəstəliyin nəticəsinin daha ağır ola biləcəyini bəyan edir. Xəstəliyin peyda olduğu Meksikanın Səhiyyə Naziri Hose Anqel Kordova xəstəliyə tutulanların sayının 1614 nəfər olduğunu deyib. O bu xəstələrdən 1600-nün təhlükəli olduğunu, onlardan da 400 nəfərinin xəstəxanada müalicə olunuğunu vurğulayıb. Bundan bir gün əvvəl isə rəsmilər 81 nəfərin öldüyünü 1400 nəfərin isə xəstəliyə yoluxduğunu bildirmişdilər. Ümumiyyətlə Meksikada bütün kütləvi yerlər bağlanıb, əhaliyə küçələrdə gəzərkən xüsusi maskalar taxdırılır.
Donuz qripinin təhlükəli olmasının əsas səbəbi qarşısını ala bilən dərmanların olmamasıdır. A/H1N1 adlandırılan virus insan, donuz və quş qripi viruslarının bir-birlərinə qarşmasından əmələ gəlib. Virus əsasən tənəfüs yolu və donuz əti ilə yayıla bilir. Dünya Səhiyyə Təşkilatının virusun insandan insana da yoluxa biləcəyini açıqlayıb.
Artıq bir sıra ölkələr xəstəliklə bağlı profilaktik tədbirlər alıblar. Başda Cənubi Amerika olmaqla uzaq şərq habelə Avropa ölkələri Meksikadan gələn vətəndaşlarını tibbi yoxlmadan keçirir, bu ölkədən donuz əti idxalını dayandırır. ABŞ və Yeni Zellandiya kimi ölkələrdə donuz qripinə tutulmuş vətəndaşların olduğu bildirilib.
p>Bu xəbər xəzər_tv-dən göturulmuşdur.
BU XEBER 2009 -04-07 TARIXINE AIDDIR AIDDIR.<